Dərc edilib: 26-01-2020

https://www.nuh.az/22288-.html

Türkiyədən təxliyyə olunan tələbələr Bakıdadır - Foto

26.01.2020 17:41:44

Region

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyənin zəlzələ baş vermiş Malatya, Elaziğ bölgələrindən 100-ə yaxın azərbaycanlı tələbə təxliyyə olunaraq Naxçıvana çatdırılıblar və yaxın saatlarda onlar xüsusi aviareyslə Bakıya gələcəklər.


“Qafqazinfo”nun məlumatına görə, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov nazirlik rəsmilərinin, psixoloqlar, tələbə-könüllülər, çoxsaylı media nümayəndələrinin Bakıda hava limanında olduğunu bildirib. Təhsil Nazirliyinin ayırdığı avtobuslar tələbələri hava limanından mənzil başına çatdıracaqlar.

***

Zəlzələ bölgəsindən Naxçıvana təxliyyə olunan, oradan isə paytaxta göndərilən tələbələr artıq Bakıdadır. Onları Naxçıvandan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib