Dərc edilib: 27-01-2020

https://www.nuh.az/22300-.html

Xızıda XOZEYİN kimdir?

27.01.2020 13:26:51

Region

Xızıda xozeyin kimdir?

 

Yaxın günlərin söhbətidir. Eşitdik ki, Xızı rayonunda bir “xozeyin” peyda olub.

 

 Başladıq rayon idarələrini ələk-vələk eləməyə. İcra başçısı Xəzərin qarlı Yardımlı arxivlərinə belə göz gəzdirdik. Arzunu Araza, Arazı da palaza bürüyüb doğma Xızı dağlarının sərt, lakin şəfalı havasına tapşırdıq ki, Xızıdakı şərafəti tükənmiş məmurların korrupsiya əməllərinə bir əncam çəksin. Nə görsək yaxşıdı? 

Gördük ki, rayon icra aparatının rəhbəri Xəzər Aslanovdan tutmuş üzüaşağı demək olar ki, bütün məmurların əsas fəaliyyəti şəxsi büdcəsinə sədaqət prinsipi üzərində qurulub.

Belə prinsipdən Xızının axtardığımız “xozeyini” xüsusilə yararlana bilib.

Belə ki, məlum olub ki, uzun illər dövlət qulluğunda işləyən hörmətli Xozeyin müəllim həm də dövlətdən pensiya alırmış.

 Bir az da dəqiq desək, rayonda DSMF-nn direktoru vəzifəsində işlədiyi 10 ilə yaxın br zaman kəsiyində Xozeyin müəllim özünə pensya təminatını da rəsmləşdirə bilib.

İndi işin üstü açıldığından bəzi səlahiyyət sahibləri rayonda əl-ayağa düşüblər.Xızı mütəxəssisləri oturub hesablayıblar ki, hazırda rayon kənd təsərrüfatı idarəsinin müdiri vəzifəsində baş girləyən Xozeyin müəllim vaxtilə dövlət qulluqçusu ola-ola dövlətdən həm də minlərlə manat pensiya alıb həzmi-rabedən keçirib.Hə qaqa, düşündük ki, belə özbaşınalıq edən bir adam cəzasız qalırsa,Xızıda xozeyinlik etmiş olur da bə.Rayonun hüquq-mühafizə orqanları üçün bu sayaq əməllər cinayət predmeti sayılmırsa, bu orqanlar kimə xidmət etmiş olur? Deyəcəksiniz ki, əlbəttə,Xozeyinə.

 

S.Süleymanlı

NUH informasiya agentliyi səhifəsindən çap edilib