Dərc edilib: 28-01-2020

https://www.nuh.az/22312-.html

Çin ordusu Uhanı mühasirəyə aldı, şəhəri tərk edənlər vurulur

28.01.2020 10:06:11

Maraqlı

Çində 60 milyon insan karantinaya alınıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, koronavirus epidemiyasının yayıldığı Uhan şəhərinin Çin ordusu tərəfindən mühasirəyə alındığı və şəhəri tərk edənlərin vurulduğu iddia edilir. Həmçinin Pekin administrasiyasının Uhan şəhərini məhv etməyi düşündüyü də iddialar arasındadır.
Çinin yaydığı rəsmi açıqlamaya görə virus səbəbindən ölənlərin sayı 106-ya, epidemiyaya yoluxanların sayı isə 4500-ə çatıb. Ölənlərin əksəriyyətinin Huanan Məhsulları Bazarında çalışa və ya ticarətlə məşğul olan şəxslər olduğu deyilir. 
Digər bir tərəfdən 11 milyon insanın yaşadığı Uhanda olan bir nəfərin səsyazısı ortaya çıxıb. Səsyazısına görə, şəhərdə ölənlərin sayı 2744 nəfərdir. Bölgədə ard-arda kütləvi məzarların qazıldığı, şəhərlərarası yolların beton bloklarla bağlandığı bildirilir. Meşələrin PUA-larla izləndiyi də iddialar arasındadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib