Dərc edilib: 29-01-2020

https://www.nuh.az/22330-.html

Zakir Fərəcov nə etmək istəyir? –Seçki prosesinə müdaxilə ilə bağlı şikayət

29.01.2020 13:12:27

Günün sitatı

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə az vaxt qaldı. Artıq proseslər yeni mərhələyə qədəm qoyub. İndiyə qədər hakimiyyət seçki kampaniyasına açıq şəkildə heç bir müdaxilə etməyib. Lakin rəsmi dairələrin bu seçkilərdə onlara yaxın adamların seçilməsində xüsusi ilə maraqlıdır. Əslində, bu əvvəldən belə olub və bundan sonra da prinsiplərin dəyişəcəyi inandırıcı görünmür.  


JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl Prezident Admnistrasiyasının rəsmilərindən olan Zeynal Nağdəliyev də bəyan etmişdi ki, YAP-dan olan namizədlər onlara ümid bağlamasınlar. O, hər bir namizədin əhali ilə görüşərək, onlardan dəstək almasının vacib olduğunu bildirmişdi.

Qeyd edək ki, bu xəbərin ardından təkcə YAP-dan olan namizədlər deyil, həmçinin hakimiyyətin siyasi kursunu dəstəkləyən bitərəflər də aktiv görüşlər keçirməyə start verdilər. Lakin bir çox namizədlər, xüsusən də keçmiş deputatlar üçün belə görüşlər heç də xoş keçmir. Üstəlik, bir neçə namizəd seçicilər tərəfindən ciddi tənqid edilməklə yanaşı, həm də onların istefa vermələrini tələb edirlər.

Lakin bəzi dairələrdə vəziyyət heç də yaxşı deyil. Belə ki, yerli icra başçılarının prosesə müdaxilə etməsi, habelə namizədlərin tərəfinin tutması durumun qarışmasına gətirib çıxarıb. JAMAZ.İNFO-ya verilən məlumata görə, belə vəziyyət hal hazırda 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsində yaşanır. Mməlumatlara görə, mübarizə əsasən üç namizəd arasında gedir. Onlardan biri Cavid Qqurbanovun kadrı hesab olunan, Azərbaycan Dəmir Yolları QSC-nin hüququ şöbəsinin rəisi Əzimağa İbrahimovdur. Ki, bu günlərdə seçki təbliğatına meyxanaçıları da cəlb edib. Bu şəxsin deputat olması üçün rəisi Qurbanovun çox çalışdığı iddia edilir.

İkinci namizəd isə Müşfiq Məmmədlidir ki, Sumqayıt Uşaq Xəstəxanasının baş həkimidir. Bu namizəd Sumqayıtın icra başçısı Zakir Fərəcovun ən yaxın adamlarından biri hesab olunur. Üstəlik, onun seçilməsi üçün bütün resurslardan istifadə edir. Hətta iddia var ki, Zakir Fərəcov əsas namizədlərə qarşı “piar” aparılması üçün də xüsusi qrup hazırlayıb. Və onlar Sumqayıt şəhərində digərlərinin əleyhinə kampaniya aparırılar.

Üçüncü namizəd isə tanınmış şahmatçı, qrossmester Zeynəb Məmmədyarovadır. Hazırda Sumqayıt bələdiyyəsinin sədr müavini olan xanım Məmmədyarova hakimiyyətin əsas namizədi hesab olunur. Belə ki, onun və qardaşının (tanınmış şahmatçı Şəhriyar Məmmədyarov) hakimiyyət dairələrində yaxşı nüfuzu var və onun parlamentə düşməsində maraqlı olan tərəflər də var.

Maraqlı məqamlardan biri odur ki, icra başçısı Zakir Fərəcov Zeynəb Məmmədyarovanın seçki təbliğatına mane olmaq üçün bəzi addımlar atdığına dair məlumatlar var. Bildirilir ki, xanım şahmatçının görüşlərinin əngəllənməsi məqsədi ilə inzibati resurslardan yararlanılır. Məsələn, ayrı-ayrı idarə və müəssisələrin işçilərinə tapşırıq verilir ki, həmin görüşlərə qatılaraq, narazılıq etsinlər və görüntü yaratsınlar ki, guya Məmmədyarovadan narazıdırlar.

Mənbə bildirir ki, Zeynəb Məmmədyarova belə halların şahidi olsa da, bunları ictimailəşdirmir. Səbəb də odur ki, bu məlumatları bir başa hakimiyyət dairələrinə göndərir ki, tədbiri onlar görsünlər. Hətta o da iddia edilir ki, Prezident Admnistrasiyasından bir dəfə Zakir Fərəcova xəbərdarlıq edilib və tələb olunub ki, seçki prosesinə müdaxilə etməsin. Lakin bunun da xeyri olmayıb. Üstəlik, Fərəcovun Müşfiq Məmmədlinin təbliğatını daha da gücləndirmək üçün bir sıra addımlar atmağa başlayıb.

Məlumatlarda deyilir ki, bununla əlaqədar bütün informasiyalar və faktlar toplanılır və yaxın günlərdə Prezident Admnistrasiyasına təqdim olunacaq. Mənbə iddia edir ki, əgər həmin məlumatlar təsdiqini taparsa, Zakir Fərəcovun nəinki vəzifədə qalması mümkün olacaq, hətta onu daha çətin proseslərin gözləyəcəyi istisna deyil.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib