Dərc edilib: 29-01-2020

https://www.nuh.az/22337-.html

Masallıda iki həftə əvvəl gəlin köçən azyaşlı qız ölüb

29.01.2020 15:43:44

LIVE

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı rayon prokurorluğundan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib