Dərc edilib: 31-01-2020

https://www.nuh.az/22357-.html

Hindistanda 23 uşağı girov götürən kişi məhv edildi - Video

31.01.2020 10:24:44

Dünya

Hindistanın Uttar-Pradeş ştatının Farruxabad şəhərində qızının ad gününə dəvət etdiyi 23 uşağı girov götürən Sureş Batam güllələnib.


 “Qafqazinfo”nun məlumatına görə, bu barədə “India Today” xəbər verib.

Belə ki, həmkəndlilərdən biri cinayətkarla danışıqlara başlayıb, lakin o, atəş açıb və onu ayağından yaralayıb. Batamın evini polislər əhatəyə aldığı vaxt o, onlara da atəş açıb və əl qumbarasından istifadə edib.

Cinayətkar xüsusi əməliyyat zamanı məhv edilib. Üç polis yaralanıb. İlkin məlumata görə, uşaqlar xəsarət almayıb.  

Nəşr yazır ki, daha əvvəl qətlə görə ömürlük həbs cəzası alan Batam girov müqabilində sərbəst buraxılmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib