Dərc edilib: 31-01-2020

https://www.nuh.az/22364-.html

Polis zabitləri vətəndaşın pulunu niyə qaytarmır ?

31.01.2020 14:48:53

Kriminal

Polis  zabitləri  vətəndaşın pulunu niyə qaytarmır ?

 

Vətəndaş Orxan Babayev 5 aydır polis zabitlərinin tələsinə düşüb.

 

Belə ki Orxan Babayev  dostunun oğlunun  probleminin həlli üçün  tanışı olan Emin adlı polis  zabitindən kömək etməyi xahiş edir.

Polis zabiti bunun üçün 5 min manat pul lazım olduğunu  ona bildirir. Orxan  Babayev bu barədə dostuna  məlumat verir. Və dostu razılaşıb 5 min manatı  Orxan Babayevə verir. Orxan isə pulu polis zabiti olan tanışına çatdırır.

Həmin vaxtdan 5 ay keçsə də problem həll olunmur və polis zabiti pulu qaytarmır. Emin adlı polis zabiti pulu polis kapitanı Rəşada verdiyini, o isə öz növbəsində pulu polis həmkarı Əliyə verdiyini bildirir. Beləcə 5 ay keçsə də nə problem həll olunur, nə də pul qayıdır.

Belə olanda Orxan Babayevlə dostu arasında münaqişə yaranır. Və Orxan polis zabitinin  təkidi ilə məcbur olub evindəki qızıl-zinət əşyalarını lombarda qoyaraq dostunun 5 min manatını qaytarır. Polislər isə Orxana söz verir ki, həm 5 min manatı, həm də lombarda hər ay ödədiyi 500 manatı qaytaracaqlar. Ancaq Orxan 2 aydır lombarda 1000 manat  ( = 500 + 500 ), yəni cəm halda 6000 manat = 5000 + 1000 ödəməsinə baxmayaraq polislər hər gün bir yalan uydurub Orxanın pulunu qaytarmır.  

Və beləcə problem davam edir.

 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib