Dərc edilib: 01-02-2020

https://www.nuh.az/22371-.html

Güclü külək ağacları aşırdı, onlarla ev işıqsız qaldı

01.02.2020 08:57:44

Reportaj

Gəncədə müşahidə edilən güclü külək bir sıra fəsadlar törədib.

 

 "Report"un   məlumatına görə, axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xəttlərini sıradan çıxarıb.

Şəhərin şərti olaraq "Azərittifaq" adlanan ərazisində elektrik naqillərinin sıradan çıxması nəticəsində onlarla ev işıqsız qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti müşahidə olunur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib