Dərc edilib: 02-02-2020

https://www.nuh.az/22395-.html

Rusiya və NATO generalları yenidən Bakıda görüşəcək

02.02.2020 17:44:16

Region
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uolters yenidən Bakıda görüşəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə bildiri ki, gtenerallar fevralın 6-7-də bir araya gələcək. Görüşün gündəliyi açıqlanmayıb.
Qeyd edək ki, Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri marşal Stüart Piç arasında ötən ilin 26 noyabrında Bakıda görüş keçirilib. Həmin görüşdə Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması tədbirlərini müzakirə edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib