Dərc edilib: 03-02-2020

https://www.nuh.az/22406-.html

Korluğun əsas səbəbi: "mirvari suyu"- (VİDEO)

03.02.2020 08:55:27

Maraqlı

Dünyada korluğun əsas səbəbi xalq arasında "mirvari suyu" adlandırılan katarakta xəstəliyi sayılır.
 Bunu APA TV-nin "Öncə sağlıq" proqramında cərrah-oftalmoloq Anar Quliyev deyib. Onun sözlərinə görə, hər il dünyada təxminən 25 milyon insanda bu hal baş verir. Kataraktanın müalicəsinin cərrahi yolla olduğunu deyən mütəxəssis, yeni cərrahiyyə üsulları barədə danışıb, korluğa səbəb olan xəstəliyi vaxtında aşkarlamaq üçün tövsiyələr verib. Oftalmoloq, həmçinin digər göz problemləri barədə bir çox sualları cavablandırıb.
Ətraflı videoda tanış ola bilərsiniz.

NUH informasiya agentliyi səhifəsindən çap edilib