Dərc edilib: 03-02-2020

https://www.nuh.az/22414-.html

“BakuBus”ın rəhbəri vəzifəsindən azad edildi

03.02.2020 15:43:22

Maqazin

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.


Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib.

Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib