Dərc edilib: 04-02-2020

https://www.nuh.az/22427-.html

Türkiyə Suriyadakı hücuma cavab verdi: 76 hərbçi öldürüldü

04.02.2020 11:29:16

İdman

Türkiyə hərbi konvoyuna hücuma cavab olaraq, Əsəd qüvvələrinin 76 əsgərini öldürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib. O, 54 rejim qüvvələrinə aid 54 bazaya zərbələr endirildiyini bildirib.
"İdlibdə hər cür tədbirlər alınıb. Konvoya hücumla bağlı Rusiya 1 gün öncədən məlumatlandırılıb".
Qeyd edək ki, iki gün əvvəl Türkiyə ordusunun əlavə qüvvələrini aparan konvoya İdlibdə Suriya ordusu tərəfindən artilleriya hücumu olmuş, 3-ü mülki şəxs, 5-si isə hərbçi olmaqla 8 nəfər həlak olmuşdu
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib