Dərc edilib: 06-02-2020

https://www.nuh.az/22498-.html

Tarixin təhrifi: Bethovenlə bağlı həqiqət üzə çıxdı (VİDEO)

06.02.2020 22:49:27

Maraqlı

Görkəmli bəstəkarlardan biri Lüdviq van Bethovenin tərcümeyi-halında onun 26 yaşından tədricən eşitmə qabiliyyətini itirdiyi, 44 yaşında isə tamamilə kar olduğu qeyd edilib.
Hətta məlumatlarda qeyd edilir ki, 1824-cü ildə dirijorluq edən Bethoven konsert bitdikdən sonra zalın alqış səslərini duymayıb. Skripkaçılardan biri onun üzünü zala tərəfə çevirdikdən sonra alqışların fərqinə varıb.

Lakin Kent Universitetinin (ABŞ) professoru Teodor Albrext Bethovenin karlığının mif olduğunu sübut edərək çox maraqlı və faydalı bir araşdırma aparıb.
Araşdırma zamanı o, Bethovenin eşitmə qabiliyyətini tamamilə itirməməsinə dair dəlillər tapıb. 
Professor bildirib ki, böyük bəstəkarın ölümünə qədər zəif də olsa, sol qulağı eşidib.
Məsələn, 1824-cü ildə konsertdən əvvəl Bethovenin həmkarları qulaqlarına çox güc düşməməsinə görə konserti əvvəldən sona qədər aparmaması barədə xəbərdarlıq edib.
Əgər bəstəkar həqiqətən kar idisə, bu xəbərdarlığa nə ehtiyac var idi?
Heç kim bəşəriyyətin əsl tarixini bilmir. Bəs nəyə görə tarixi faktlar təhrif edilir?
Araşdırmalardan məlum olur ki, bu, insan psixologiyasına xasdır.
Belə ki, insanlar hadisəni daha da böyütmək, gələcək nəsillər üçün daha maraqlı və diqqətçəkən etmək üçün tarixi faktları təhrif etmiş olurlar.
Buna siyasi, dini, iqtisadi və digər məqsədlər üçün tarixin qəsdən təhrif edilməsini də əlavə etsək, onda keçmişin qeyri-müəyyən və qeyri-dəqiq olduğu, bəzən isə hətta yalan olduğu üzə çıxa bilər.
Beləliklə, keçmişi bilmədən, bugünü dərk etmək və gələcəyi proqnozlaşdırmaq mümkün olmadığı sadəcə bir deyim, gözəl ifadədən başqa bir şey deyil. 
Bəs, bu dünyada bəşəriyyətin əsl tarixini kim bilir? Milyonlarla digər miflərə, saxtakarlıqlara və utancverici tarixi yalanlara gözlərimizi kim nə vaxt açacaq?

NUH informasiya agentliyi səhifəsindən çap edilib