Dərc edilib: 08-02-2020

https://www.nuh.az/22529-.html

Hüquqları pozulan deputatlığa namizədin Prezidentə müraciəti

08.02.2020 13:37:09

Müsahibə

Azərbaycan Respublikasının Prezidenti İlhan Əliyev cənablarına

 

Surəti: Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya

 

Surəti: Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova

 

44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə millət vəkilliyinə namizəd İbrahimov Əzimağa tərəfindən 

 

                                                         M Ü R A C İ Ə T

 

Hörmətli cənab Prezident !

 

Millət vəkilliyinə namizəd olduğum 44 saylı Sumqayıt-Xızı seçki dairəsində Xızı rayonu üzrə hissədə təbliğat və təşviqatıma Xızı rayon İcra Hakimiyyəti  rəhbərliyi  tərəfindən ciddi maneələr yaradılır.

Görüşümə gələnlərə ərazi icra nümayəndələri vasitəsilə təzyiqlər edilir  və “Qutudan Əzimağa çıxmamalıdır” deyə büdcə təşkilatları  və İcra hakimiyyətinə tabe struktur əməkdaşlarına mütəmadi olaraq tapşırıqlar verilir. Xahiş edirəm ciddi qanuni tədbirlər görülməsinə və bu qanunsuz halların aradan qaldırılmasına tapşırıq verəsiniz. Mən əslən Xızı rayonundanam və ata-babalarımın vətənində mənə qarşı belə bir haqsızlıq edilməsi mənə həm də mənəvi əzab verir. Ölkədə Sizin rəhbərliyiniz altında böyük islahatlar həyata keçirilir.Biz də seçkilərə Sizi qarant olaraq görüb qoşulmuşuq və əminik ki hər bir namizədin hüquqları pozularsa, müraciət edə biləcəyi ünvan cənab Prezidentdir. Dəfələrlə Sizin tərəfinizdən seçkilərin ədalətli keçirilməsi barədə göstərişlər verilməsinə baxmayaraq Xızı rayon İcra hakimiyyətinin başçısı şəxsi qərəzlik  və ədalətsizlik edərək mənim seçki  marafonuma maneələr yaradır. Mənim 7 nəslim və ondan geriyə əslim Xızı rayonundandır. Bu ərazini heç tanımayan və aidiyyəti olmayan lakin Yeni Azərbaycan Partiyasının siyahısına salındığı üçün süni yollarla qalib elan etməyə hazırlaşdıqları bir şəxsin Xızıdan məcburi olaraq  deputat  seçdirilməsi  mənə qarşı diskriminasiya və ədalətsizlikdir.

 

Cənab Prezident !

Xahiş edirəm mənim seçki hüquqlarımın pozulmasının qarşısının alınması və bu rayonda ədalətli seçki keçirilməsi üçün göstəriş  verəsiniz.

 

Dərin hörmətlə,

  44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə millət vəkilliyinə namizəd İbrahimov Əzimağa

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib