Dərc edilib: 08-02-2020

https://www.nuh.az/22539-.html

Tailandda əsgər insanlara atəş açdı - 20 nəfər öldü

08.02.2020 21:56:28

Dünya

Tailanda Cakkrapant Tomma adlı əsgər “Terminal 21” ticarət mərkəzində insanlara atəş açıb.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş vermiş hadisədə azı 15 nəfər ölüb. İnsidenti törədən zaman “Facebook”da canlı yayım açan hərbçi “Öldürməkdən o qədər yoruldum ki, artıq barmağımı da tərpədə bilmirəm. Ölməyən daha 3 nəfər qalıb?” deyib. Tomma ticarət mərkəzinin 4-cü mərtəbəsində daha 16 nəfəri isə girov götürüb.

Polis mərkəzi mühasirəyə alıb, yollar bağlanıb.

*** 

Ölənlərin sayı artaraq 17 nəfərə çatıb. 21 nəfər isə yaralanıb. 

***

"Röyters" xəbər verir ki, silahlı əsgər 20 nəfəri qətlə yetirib. 

***

"RİA Novosti"nin məlumatına görə, yaralıların sayı 31 nəfər olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib