Dərc edilib: 12-02-2020

https://www.nuh.az/22626-.html

Ərdoğan hövsələdən çıxdı, Rusiyanı sərt ittiham etdi

12.02.2020 16:16:57

LIVE
Son günlər Suriyanın şimal ərazilərində Türkiyə qüvvələri ilə Bəşər Əsəd qüvvələri arasında toqquşmalar baş verməsi Türkiyə prezidentini hövsələdən çıxarıb.

Qaynarinfo xəbər verir ki, buna görə də Ərdoğan Rusiya və Suriya rəhbərliyini İdlib əyalətindəki vəziyyətin gərginləşməsində sərt ittiham edib. 

Ərdoğanın sözlərinə görə, İdlibdə mülki şəxslərə edilən hücumlara görə Rusiya Federasiyası və Suriya hakimiyyəti məsuliyyət daşıyır. O, Türkiyə hökumətinin Suriyadakı pozuntulara "dözməyəcəyini" vurğulayıb.
Prezident Suriya qüvvələrinin hücumları nəticəsində artıq 14 türk əsgərinin öldüyünü, 45-nin yaralandığını bildirib.
Bu arada Xarici İşlər naziri Mövlud Çavuşoğlu yaxın günlərdə Ankaradan nümayəndə heyətinin Moskvaya gedəcəyini və İdlibdəki böhranı müzakirə etmək niyyətində olduqlarını deyib. Diplomat danışıqların uğursuz olacağı təqdirdə, Türkiyənin "lazım bildiyi kimi" hərəkət etməyə başlayacağını qeyd edib.
Türkiyə Prezidenti də öz növbəsində nümayəndə heyətinin tərkibinə təkcə Xarici İşlər Nazirliyinin deyil, həm də hərbi komandanlığın üzvlərini və yüksək səviyyəli kəşfiyyat zabitlərini daxil edəcəyini söyləyib.
Qeyd edək ki, Rusiya İdlibdə mülki şəxslərə hücumlar barədə iddiaları rədd edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib