Dərc edilib: 17-02-2020

https://www.nuh.az/22752-.html

8 yaşında erkən qocalıqdan öldü - Fotolar

17.02.2020 13:07:23

LIVE

Erkən yaşlanma xəstəliyinə tutulan Ukrayna vətəndaşı, 8 yaşlı Anna Sakidon orqan çatışmazlığından vəfat edib.


“Qafqazinfo”nun “The Daily Mail” nəşrinə istinadən xəbərinə görə, dünyada sadəcə 160 nəfərdə aşkarlanan progeriya xəstəliyindən əziyyət çəkən Anna 8 yaşında olmasına baxmayaraq 80 yaşlı insanın bədəninə sahib olub. 

Həkimi Nadejda Kataman onun ölməzdən öncə bir neçə dəfə iflic keçirdiyini açıqlayıb: “Annanın daxili orqanları çox sürətli şəkildə qocalarkən, sümükləri çox yavaş inkişaf edirdi”.

Qeyd edək ki, progeriya çox nadir bir xəstəlik olub erkən yaşda qocalma ilə müşayiət olunan bir xəstəlikdir. Bu xəstəlik mutasiya nəticəsində əmələ gəlir, nadir hallarda irsi xarakter də daşıya bilir. Progeriya dedikdə erkən yaşlanma nəzərdə tutulsa da, bu xəstəliyi çox zaman HGPS (Hutchinson-Gilford progeriya sindromu) da adlandırırlar. Xəstəlik praktik olaraq qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Belə ki, bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edirlər. Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Baş verən əlamətlərdən başlıcası – vaxtından əvvəl dazlıq, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib