Dərc edilib: 19-02-2020

https://www.nuh.az/22802-.html

Bu 3 səhər vərdişi çəkini azaldır... - İsrail mediası

19.02.2020 11:19:52

LIVE

Faydalı səhər vərdişləri günün sonuna qədər xoş əhval-ruhiyyədə qalmağa şərait yaradır, çəkini normal saxlamağa kömək edir və bədəndəki artıq yağların itirilməsini sürətləndirir. 

Moderator.az  İsrail mediasına istinadla xəbər verir ki,  mütəxəssislər arıqlamağı sürətləndirən, sağlamlığı möhkəmləndirən üç ən yaxşı  səhər ritualını müəyyən ediblər.
Yuxudan oyanandan sonra acqarına bir stəkan su 
Tibb alimləri səhər oyandıqdan sonra təzə sıxılmış limon şirəsi və az miqdarda təmiz bal ilə qarışdırılmış bir stəkan ilıq su içməyi məsləhət görürlər. Gününüzü bununla başlama vərdişi maddələr mübadiləsini sürətləndirir, bədəni toksinlərdən təmizləyir, bağırsaqların vəziyyətini yaxşılaşdırır. 
Vacib olan səhər yeməyi 
Protein və dənəli taxıl məhsullarıyla zəngin olan bir səhər yeməyi iştahı və şirniyyatlara can atmağı azaltmaqla kilo itkisini sürətləndirməyə yardım edir.
Fiziki məşqlər 
Arıqlamağa çalışan insanlar üçün səhər məşqləri optimal nəticələr əldə etməyə dəstək ola bilər. “EbioMedicine”-da təqdim edilən  bir araşdırmada insan bədənində ən güclü yağ yandırmanın səhər yeməyindən əvvəl edilən məşqlər zamanı meydana gəldiyini göstərilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib