Dərc edilib: 20-02-2020

https://www.nuh.az/22823-.html

Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı

20.02.2020 09:52:41

LIVE

Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədovanın oğlu 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz “Glock-19” markalı tapança gəzdirdiyinə görə həbs edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, T.Əhmədov odlu silah və motosiklet həvəskarı imiş.

Onun silahla görüntüsünü də yayılıb. Ehtimal edilir ki, bu görüntüdən sonra T.Əhmədov odlu silah gəzdirdirdiyinə dair şübhələr yaranıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib