Dərc edilib: 21-02-2020

https://www.nuh.az/22840-.html

Romada İlham Əliyevin şərəfinə dövlət ziyafəti verildi

21.02.2020 08:20:09

Siyasət

Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

"Qafqazinfo" xəbər verir ki, ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib