Dərc edilib: 23-02-2020

https://www.nuh.az/22891-.html

Bakıda insident - Güllələyib maşınla qaçdı

23.02.2020 19:08:15

LIVE

Bakının Binqədi rayonunda silahlı insident baş verib.

 


APA   xəbər verir ki, hadisə "Dəyirman" kimi tanınan ərazidə qeydə alınıb.

Abıyev Əli Elxan oğlu Pərviz adlı şəxslə mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus "Niva" markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman 3 güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.

Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyevin başqa bir məhkum tərəfindən güllələndiyi ehtimal edilir. Ona "Makarov" tipli tapançadan atəş açılıb. Hazırda polis adının Pərviz olduğu ehtimal edilən şübhəli şəxsin axtarışlarını aparır.

Qeyd edək, xəsarət alan Ə.Abıyev azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan şəxsdir.

Fakt araşdırılır.

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib