Dərc edilib: 25-02-2020

https://www.nuh.az/22929-.html

Şəhidimizin cənazəsi izdihamla qarşılandı - Video

25.02.2020 08:54:55

Hadisə

Fevralın 24-də şəhid olan İbrahim Vəliyevin cənazəsi Zərdaba gətirilib.


"Qafqazinfo"nun məlumatına görə, onun cənazəsi Zərdabda izdihamla qarşılanıb.

İbrahim Vəliyevin cənazəsi bu gün saat 11:00-da torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən Kəlbəcər rayonundan olan İbrahim Vəliyev Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısını alarkən şəhid olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib