Dərc edilib: 25-02-2020

https://www.nuh.az/22951-.html

Hindistanda müsəlmanlar ayağa qalxdı - 7 ölü

25.02.2020 18:10:28

Dünya

Hindistanın paytaxtı Yeni Dehlidə davam edən etirazlar zamanı biri polis olmaqla 7 nəfər həlak olub.


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Hindistanda vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklər kütləvi iğtişaşlara səbəb olub.

ABŞ Prezidenti Donal Trampın rəsmi səfəri ərəfəsində şiddətli şəkildə davam edən aksiyalarda 48-i polis olmaqla 150 nəfər yaralanıb.

Qeyd edək ki, etirazlara səbəb qanunda edilən dəyişikliklərdə müsəlmanlara qarşı yol verilən ayrı-seçkilik olub. Belə ki, yeni qanuna əsasən müsəlmanlar istisna olmaqla, qonşu ölkələrdən qanunsuz yolla gəlmiş miqrantlar sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcəklər. Bu qərar müsəlman əhali tərəfindən qəzəblə qarşılanıb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib