Dərc edilib: 26-02-2020

https://www.nuh.az/22958-.html

Prezident Xocalı abidəsini ziyarət etdi

26.02.2020 10:33:37

Siyasət

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anım mərasimində iştirak edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib