Dərc edilib: 27-02-2020

https://www.nuh.az/22976-.html

Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi

27.02.2020 08:01:50

LIVE

Qaynarinfo-nun məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinə rəis təyin olunub. O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyib.
Qeyd edək ki, bir müddət əvvəl DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin rəisi Şadəm Hüseynov təqaüdə göndərilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib