Dərc edilib: 28-02-2020

https://www.nuh.az/23006-.html

Oğuz sakini qonşusunu ov tüfəngi ilə öldürdü

28.02.2020 13:34:41

LIVE

Oğuz sakini qonşusunu ov tüfəngi ilə qətlə yetirib.


“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində baş verib.

Məlumata görə, rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Abdullayev Elşən Firudin oğlu ov tüfəngi ilə güllələnərək öldürülüb.

Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Zərqəm Məsimov saxlanılıb.

İnsidentin hansı səbəbdən baş verdiyi araşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib