Dərc edilib: 28-02-2020

https://www.nuh.az/23016-.html

Məktəblərdə koronavirusa görə dərslər dayandırılacaq? - RƏSMİ

28.02.2020 22:11:02

LIVE

Azərbaycan Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırılacağı ehtimalı ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bunları bildirib:
"Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir”.
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib