Dərc edilib: 29-02-2020

https://www.nuh.az/23028-.html

PA-nın şöbə müdiri İlqar Məmmədovla görüşdü

29.02.2020 13:54:18

Hadisə

İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşüb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə o özü məlumat yayıb.

“REAL” partiyasının sədri qeyd edib ki, bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb:

“Söhbət etdik, hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.

Qeyd edək ki, fevralın 27-də sabiq baş nazir Pənah Hüseyn də Ədalət Vəliyevlə görüşmüşdü.

NUH informasiya agentliyi səhifəsindən çap edilib