Dərc edilib: 01-03-2020

https://www.nuh.az/23034-.html

Professordan şok proqnoz: Tarixdə görünməmiş çöküş

01.03.2020 09:53:05

Hadisə

Dünyanın 60-a qədər ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir. Bu ilin əvvəlində mütəxəssislər problemin fevral ayının ortalarına qədər çözüləcəyinə dair proqnozlar versələr də, bu gözləntilər özünü doğrultmadı və məhz bundan sonra dünyanın maliyyə bazarları əsaslı şəkildə çökməyə başladı.

Axar.az xəbər verir ki, bu sözləri professor Fikrət Yusifov koronavirusun neftin qiymətinə təsirləri haqqında danışarkən deyib. Onun sözlərinə görə, son bir həftə ərzində dünya üzrə bütün səhmlərin dəyəri 5 trliyon dollara qədər ucuzlaşıb və prosses sürətlə davam edir:
"Neftin qiymətləri yanvar ayının əvəli ilə müqaisədə 20 dollara yaxın – yəni 30%-ə qədər ucuzlaşıb. Son iki ayda ümumdünya fabrikası statusunu qazanmış Çində neftin istehlakı 30%-ə qədər, daş kömürün istehlakı isə 40%-ə qədər azalıb. Əgər yaxın bir ay ərzində bu qorxulu virusun yayılmasının qarşısını almaq mümkün olmazsa, ilin sonuna qədər dünya iqtisadiyyatının və maliyyə bazarlarının itkilərinin bərpasından söhbət gedə bilməz. Əgər bundan sonra virusun ram edilməsi bir aydan daha uzun zaman tələb edərsə, bu halda dünya iqtisadiyyatı tarixdə indiyə qədər görünməmiş bir çöküş yaşamalı olacaq”.
Professor mövcud vəziyyətlə bağlı Azərbaycanın ata biləcəyi addımlardan da bəhs edib:
"Əvvəlcə hökumət virusun ölkə daxilində yayılmasını önləyəcək ən sərt adımların atılmasını etiva edən qərarlar qəbul etməlidi. Virusla bağlı ölkə daxilindəki real durum tələb edərsə, bütün səviyyələrdən olan məktəblərin və uşaq baxçalarının fəaliyyətini müəyyən dövrə qədər dayandırmaq lazımdır. Koronavirusun yaratdığı iqtisadi fırtına və dünyanın maliyyə bazarlarında baş verən çöküşlər Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə təsirsiz ötüşməyəcək. İlk növbədə neftin qiymətlərinin kəskin ucuzlaşması hesabına ölkəyə valyuta daxilolmalarının ciddi şəkildə azalması manata təzyiqləri artıracaq. Belə bir vəziyyətdən çıxışın yollarından biri virus ram edilənə qədər dövlət büdcəsinin xərclərində xüsusi qənaət rejiminin tətbiq edilməsi olmalıdır. Daha doğrusu yaranmış vəziyyətdə büdcədən ikinci, üçüncü dərəcəli xərclər dayandırılmalı və ya maksimum məhdudlaşdırılmalıdır ki, ölkə daxilində xarici valyutaya olan təziqlər bir qədər neytrallaşdırılsın. Nəzərə alsaq ki, ümumi idxalımızın 15%-ə qədəri koronovirusun hegemonluq etdiyi Çin və İranın payına düşür, o halda bu idxalı əvəzləyəcək alternativ variantların üzərində ciddi düşünmək lazımdır. Əks halda, bir müddətdən sonra daxili bazarda bu ölkələrdən idxal olunan malların qiymətləri kəskin şəkildə bahalaşacaq”.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib