Dərc edilib: 01-03-2020

https://www.nuh.az/23038-.html

İdxal olunan bu məhsullar gömrük rüsumundan azad edildi (SİYAHI)

01.03.2020 14:03:28

İqtisadiyyat
Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı genişləndirilib.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 30-da qüvvəyə minir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib