Dərc edilib: 02-03-2020

https://www.nuh.az/23044-.html

Türkiyə Suriyanın hərbi aerodromunu dağıtdı

02.03.2020 08:08:08

Hadisə

Türkiyə ordusu Suriyanın Hələb əyalətində yerləşən “Nayrab” hərbi aerodromuna zərbələr endirib.


“Qafqazinfo”nun “Anadolu Agentliyi”nə istinadən məlumatına görə, hərbi obyekt Bəşər Əsəd gücləri tərəfindən aktiv şəkildə istifadə olunurdu. Qeyd edilir ki, zərbə aerodroma Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və artilleriyası tərəfindən endirilib. Agentlik digər təfərrüatları açıqlamır.

Xatırladaq ki, daha əvvəl Türkiyə İdlib səmasında Suriyaya məxsus iki təyyarəni məhv etmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib