Dərc edilib: 03-03-2020

https://www.nuh.az/23062-.html

Əli İnsanovun partiyasının bayrağı və ...- Fotolar

03.03.2020 13:39:06

Mədəniyyət

Sabiq səhiyyə naziri Əli İnsanovun qurduğu Haqq və Ədalət Partiyasının qəbul etdiyi bayraq 2010-cu il, avqustun 14-də Azərbaycan Cümhuriyyət Xalq Partiyasının təsis qurultayında partiyanın rəsmi bayrağı kimi qəbul edilib.

Bunu Reyting.az-a Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev deyib. 

Partiya sədri əlavə edib ki, 2010-cu ildə belə bir bayrağı partiyanın rəsmi bayrağı kimi qəbul etmələrinin məqsədi olub: “Məqsədimiz türkçülüyün inkişafı, türk xalqları arasında əlaqələrin dərinləşməsi, milli kimliyin və şüurun inkişafına töhvə vermək olub. Sözügedən bayraq Osmanlı dövlətinin bayrağıdır. Bu, qırmızı rəngdə aypara və səkkizgüşəli ulduzu özündə əks etdirir. Nuru Paşa Azərbaycana bu bayraqla gəlib və həmin bayraq noyabrın 9-na qədər Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olub”.

Əli İnsanov başqa siyasi qurumun təqdim etdiyi bayrağı partiyasına simvol seçib
B. Quliyev 

B. Quliyev əlavə edib ki, əslində ölkədə bu irsi davam etdirənlərin olması sevindiricidir: “Amma hesab edirəm ki, partiyalar bir-birini təkrar etməməlidir. Yeni yaranan partiya heç kəsin etmədiyi, ortaya çıxarmadığı simvollara üstünlük verməlidir. Ola bilsin ki, Əli İnsanov uzun illər həbsdə olduğu üçün bundan məlumatlı olmayıb. Ancaq ətrafındakı insanlar bu haqda bilməli idi. Ümid edirəm ki, onlar bu məsələyə aydınlıq gətirəcəklər”.

Əli İnsanov başqa siyasi qurumun təqdim etdiyi bayrağı partiyasına simvol seçib
Əli İnsanov başqa siyasi qurumun təqdim etdiyi bayrağı partiyasına simvol seçib

NUH informasiya agentliyi səhifəsindən çap edilib