Dərc edilib: 08-02-2023

https://www.nuh.az/23097-.html

GÜNDÜZ idman zalı, gecə quşxana...

08.02.2023 08:04:28

Hadisə

 

 Sumqayıt  Şəhər İcra Hakimiyyətinin  “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi”nin müdiri   cənab Gündüz Əliyev  barəsində  ölkə mediasında hər gün neqativ yazılar dərc edilir.

İxtisasca filosof-müəllim olan və Sumqayıt Dövlət Universitetində dərs deyən cənab Gündüz Əliyev sözün əsl mənasında UNİVERSAL kadrodur.


Bu adam Sumqayıt şəhərində idman zalı işlədir. Amma Gündüz müəllimin idman zalı da özü kimi universaldır. Gündüzlər idman zalı olan obyekt gecələr təyinatını dəyişir, burda quş uçurdurlar, səhərə yaxın quşlar zalı tərk edir və yenidən idman məşqləri başlayır.

Bəli, MÜƏLLİM sözün həqiqi  mənasında daşdan, daha doğrusu quşlardan əməlli-başlı pul çıxardır.

Hələ bu harasıdır.

Gündüz müəllim, mebel sahəsini də əla bilir. Onun mebel sexləri əsl məxvi obyekti  xatırladır. Gecə mebel sexlərində nələr baş verir, nələr istehsal olunur…Bunu keçmiş MTN işçiləri əla bilir.

Gündüz müəllim nəqliyyat sahəsini də əməlli-başlı mənimsəyib.

Uzun müddət Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Sumqayıt Nəqliyyat” MMC-nin rəisi olan  Rüstəmovu  XANI-ma görə vəzifəsindən uzaqlaşdırdı. Və hazırda MMC-nin bütün gəlirlərinə Gündüz müəllim rəhbərlik  edir.


Gündüz müəllim ruhani-dini sahəni də əla bilir, namaz əhlidir, din qardaşları ilə ortaq biznesi var. Müəllim  üçün din də ticarətdir. Gündüz müəllim əsl tacir-tüccardır.


Bütün bunlar azmış kimi Gündüz Əliyev Sumqayıt Şəhər Səhiyyə şöbəsini də öz kurasiyasına keçirib. Belə ki bacısını şəhər səhiyyə şöbəsinə  Baş mühasib təyin etdirən Gündüz Əliyev xəstəxanalara ayrılan dövlət vəsaitini də öz bildiyi kimi dövr etdirir.


Səhiyyə şöbəsində baş verən maliyyə pozuntuları ayrı bir yazının mövzusudur.


Cənab Gündüz Əliyev hər gün yeni layihələr üzərində işləyir. Gah dostlarına deyir ki, Sumqayıt Dövlət Universitetinin rektoru olacam, gah da deyir ki, Zakir Fərəcov qocalıb, səhhəti imkan vermir işləməyə, mən Sumqayıtın icra başçısı olacam.

 

Bir sözlə, Gündüz müəllim buludların üstündə uçur.

Ehtiyatlı ol, Gündüz müəllim ! Dövlət orqanları sizin də fəaliyyətinizi araşdırır. 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib