Dərc edilib: 08-03-2020

https://www.nuh.az/23165-.html

Qadın koronavirusa görə 2 kq sarımsaq yesə də, virusa yoluxdu

08.03.2020 19:11:25

LIVE

Koronavirusun qarşısını necə almalı? Bu suala cavab verən delitantlar çoxdur və belələri dünyanın hər yerində var. "BBC" koronavirusdan qorunmaq üçün təklif olunan bir neçə variantla bağlı Dünya Səhiyyə Təşkilatının fikrini öyrənib. Məlum olub ki, koronavirusun qarşısını alamaq üçün sarımsaq yemək və ya donuz piyi ilə (sala) araq içmək qətiyyən çıxış yolu deyil. Sarımsaq yemək olar, araq da içmək olar, ancaq bu yolla koronavirusdan yayına biləcəyinizi düşünməyin.
Çində belə bir fakt qeydə alınıb: Qadın koronavirusdan qorxduğu üçün 1.5 kq. sarımsaq yeyib, buna baxmayaraq virusa yoluxub. “BBC” bu faktı Çinin “The South China Morning Post” qəzetinə istinadən yazıb.
Yəni elm bunu deyir. Cəhalətin nə dediyini isə gördünüz. İranda mollalar xalqı inandırmağa çalışdı ki, müqəddəs ziyarətgahlarda daş-divarı yalayanlar koronavirusa yoluxmayacaq. Nəticə bəllidir. Hazırda 10 milyondan çox nüfuzu olan Tehran əhalisinin yarısına qədərinin bu virusa yoluxacağı ehtimal edilir...
Virusdan qorunmağın elmi yolu budur: Əllərinizi tez-tez və ən azı bir dəqiqə ərzində sabunla yuyun və dezinfeksiya edin. Adamların çox və sıx olduğu yerlərdən uzaq olun. Əllərinizi burnunuza, ağzınıza və gözlərinizə toxundurmayın...
Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist

NUH informasiya agentliyi səhifəsindən çap edilib