Dərc edilib: 09-03-2019

https://www.nuh.az/23181-.html

Pulumuzu ver, ZAKİR FƏRƏCOV !

09.03.2019 18:43:12

Günün sitatı

Ara kirvə, çaxırı içmisən pulunu ver dəə

 

Yaxud  Zakir  Fərəcovun  ŞƏLALƏ-si ...   

 

İŞİD-dən daha təhlükəli olan Azərbaycan məmurlarının  meşəni, dəniz sahilini  hasarlaması, çayları, gölləri özəlləşdirməsi, dağları dağıdıb daş karxanası etməsi  artıq  adi hala  çevrilib. Düzdür, sonda cənab  prezident İlham Əliyev belə məmurların haqlı  cəzasını verir. Amma...

Əlbəttə məlumdur ki, İNSAN  OĞLU-nun  içində NƏFS adlı bir  QUYU var. Amma FƏRƏC KİŞİ-nin OĞLU  Zakirin içindəki QUYU-nun DİB-i görünmür.

Oxucuları yormamaq üçün birbaşa mətləbə keçək.

Deməli,  Quba-Xınalıq  yolunun Qırız-Dəhnə ərazisində, daha dəqiq desək, məşhur “Nazlı bulaq”a çatmamış  gözəl bir şəlalə var idi.

Və yoldan keçənlər, əcnəbi turistlər  bu gözəl mənzərənin önündə dayanıb xatirə şəkili  çəkdirər və sərinləyərdilər. Bir gün ərazinin sakinləri  səhər  yuxudan oyananda  görüblər ki, şəlalə  yerli-dibli yoxa çıxıb.  Camaat mat-məəttəl qalıb.

Qədim zamanlarda ƏJDAHA  QARDAŞ yezidi kürd   kimi  suyun başını kəsdirib camaatı  suya həsrət qoyarmış. İndi ƏJDAHA QARDAŞI  Zakir Fərəcov əvəz edir.

Əlqərəz, Quba camaatı xeyli axtarışdan sonra məşhur şəlalənin yerini tapa bilib. Sən demə, Sumqayıtın icra başçısı Zakir Fərəcovun şəlalədən yaman xoşu  gəlirmiş. Və gecə ilə şəlaləni yönünün dəyişib, 10 km uzunluğunda 300 mm-lik boru ilə  yaxın ərazidəki möhtəşəm villasına aparıb.

Bunu deməkdə məqsədimiz nədir?

Bu insan NƏFS-inin əsiridir, bu insanın gözü doymur.

Bu adam Sumqayıtın bələdiyyə sədri olanda nə qədər torpaq satdı, sonra Abşeronun icra başçısı oldu. Abşeron torpaqlarını  qarış-qarış  satdı. Hətta bu torpaq alverinə görə, Saray bələdiyyəsinin xanım sədrinin başını kəsdilər. Bu da Zakir Fərəcovun nəfsini dayandırmadı.

Sonra Zakir Fərəcov Sumqayıtın icra başçısı oldu. Zakir Fərəcov Sumqayıtı abadlaşdırmaq, yeni bulvar salmaq adı ilə dövlətdən milyonlarla vəsait aldı. Ancaq icra başçısına bu milyonlar azlıq edirdi.

Zakir Fərəcov iş adamlarına, sahibkarlara “Qardaşım..” deyərək yalvarırdı ki, kömək edin, Prezidentin yanında üzümü ağ edin, obyekti uğurla təhvil verək, pulunuzu artıqlaması ilə verəcəm.

 

Amma neçə ildir  iş adamları  Sumqayıtın icra başçısı Zakir Fərəcovdan onlara çatacaq 8 milyon manatı 3 ildir ala bilmirlər.

İş adamlarının şikayət etmədiyi  dövlət qurumu, vəzifəli şəxs qalmayıb. Amma Zakir Fərəcov  iş adamlarının, fəhlələrin, ümumilikdə  426 nəfərin  halal pulunu vermək istəmir. Hətta ümumi məbləğin 30 faizini də istəyir.

Zakir Fərəcov 3 ildə iş adamlarına hansı yalanları deməyib, nələr uydurmayıb. İş adamlarını müavinləri vasitəsilə bir müddət aldadıb, hərdən hədə-qorxu da gəlib, həbsxana ilə təhdid edib.

Artıq  səbri  tükənən sahibkarlar, maaşını ala bilməyən vətəndaşlar icra hakimiyyətinin qarşısında  “ Zakir Fərəcov, pulumuzu ver ! “  aksiyası keçirməyi də düşünürlər.

Ancaq hələki sivil formada ölkə başçısı cənab İlham Əliyevə, Prezident Adminstarsiyasının rəhbəri cənab Samir Nuriyevə müraciət edərək, öz halal pullarını tələb edirlər.


Sonda  Zakir Fərəcova  məşhur  “O olmasın, bu olsun” filmindəki bir  epizodu xatırlatmaq istəyirik: “Ara kirvə, çaxırı içmisən pulunu ver dəə..”

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib