Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
ABŞ Prezidenti Donald Tramp koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə ümummilli fövqəladə vəziyyət elan edib. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, sözügedən açıqlamanı o, Ağ Evdə keçirilən xüsusi mətbuat konfransında verib.
“Mən ümummilli fövqəladə vəziyyətin tətbiq edilməsini rəsmi şəkildə elan edirəm”, - Tramp deyib.
Dövlət başçısı bildirib ki, o, ölkədə koronavirusla mübarizəyə 50 milyard dollaradək vəsait ayıracaq.