Salyanda hərbi xidmətdən təzəcə qayıdan əsgər özünü asdı
Salyanda 20 yaşlı gənc intihar edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Qarabağlı kəndində baş verib.
Belə ki, kənd sakini Həsənov Həsən özünü yaşadığı evin həyətdən asıb. Məlumata görə, o, dəstəməz alıb namaz qıldıqdan sonra canına qəsd edib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil.
Qeyd edək ki, H.Həsənov hərbi xidmətdən 1 ay öncə qayıdıb.
Faktla bağlı araşdırma aparılır.