Dərc edilib: 16-03-2020

https://www.nuh.az/23318-.html

Putinin mühafizəçisinin cəsədi tapıldı: Təsadüf yoxsa mesaj?

16.03.2020 08:02:05

Kriminal

Rusiyanın paytaxtı Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FTX) 24 yaşlı əməkdaşının meyiti tapılıb.

 

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, snayperçinin cəsədi onun dostu tərəfindən aşkarlanıb. Belə ki, bəlli bir müddətdir ki, FTX əməkdaşı olan dostu ilə əlaqə saxlaya bilməyən şəxs onun mənzilinə gəlib. Lakin qapını açan olmadığığında o, dostunun mənzilinə mətbəxdəki pəncərədən girməyə qərar verib və bu zaman mətbəxin döşəməsində onun cəsədini aşkarlayıb.

 

Bundan sonra hadisə yerinə gələn FTX öz əməkdaşının ölüm səbəbi ilə bağlı araşdırmaya başlayıb. 24 yaşlı snayperçinin Putinin mühafizəçiləri sırasında olduğu bildirilir.

 

Rusiya cəmiyyətində isə bir sual daha çox narahatlıq doğurur. Prezidentin mühafizəçisinin ölümünün arxasında nə dayanır? Bu, sadacə bir təsadüf, yoxsa Kremlə, onun rəhbərliyində dayanan şəxslərə bir mesajdır?

 

Çox güman ki, FTX-nin apardığı istintaq bu suala cavab tapmaqda kömək edəcək.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib