Dərc edilib: 16-03-2020

https://www.nuh.az/23319-.html

Azərbaycan nefti 18 dollar ucuzlaşdı

16.03.2020 10:04:52

LIVE

 

Ötən həftə ərzində (9-13 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 33,8%-ə yaxın ucuzlaşıb.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 17,83 ABŞ dolları və ya 33,8% azalaraq orta hesabla 34,92 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 36,62 dollar təşkil edib, ən minimal göstərici isə 32,35 dollara bərabər olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib