Dərc edilib: 16-03-2020

https://www.nuh.az/23329-.html

“Bəzi səfirlərimiz xarici dil bilmir” - Sabir Rüstəmxanlı

16.03.2020 16:06:58

LIVE

Deputat Sabir Rüstəmxanlı Azərbaycanın bəzi diplomat və səfirlərindən narazılığını ifadə edib.


“Qafqazinfo” xəbər verir ki, o, bu barədə fikrini parlamentin bu gün keçirilən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında səsləndirilib.

S. Rüstəmxanlı qeyd edib ki, bəzi ölkələrdəki səfirlərimizin səviyyəsi təəssüf doğurur: “Onlarla görüşəndə xarici dil bilmədiyi, Azərbaycanın tarixindən xəbərdar olmadığı üzə çıxır. Onların səviyyəsi Azərbaycanın maraqlarından qat-qat aşağı səviyyədədir. Bu, çox böyük təəssüf doğurur”.

İclasda çıxış edən deputat  Rasim Musabəyov bildirib ki, komitədə Qarabağ danışıqlarının vəziyyəti ilə bağlı qapalı dinləmə keçirilməlidir: “İclaslara Xarici İşlər Nazirliyinin rəhbər, məsul şəxsləri dəvət olunsun və onlarla məsələ ətrafında müzakirələr, fikir mübadiləsi aparılsın”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib