"Səhiyyə naziri haradadır?!" — Aslan İsmayılovdan hakimiyyətə SUAL
“Heç cür anlamadığım bir şey var. Hakimiyyət izah etsin ki, bu ölkənin Səhiyyə Naziri haradadır?! Ölübdürsə elan edin, sağdırsa vəzifəsini yerini yetirib baş verənləri izah etsin! Yoxsa onun özünü də karantinə alıblar?!”
Bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Nə üçün biz baş verənlərlə bağlı xəbərləri səhiyyəyə aidiyyatı olmayan insanlardan eşidəcəyik?! Nə üçün insanlar məndən, hüquqşünasdan nə etməli olduqlarını soruşmalıdılar?!” – A.İsmayılov sual ünvanlayıb.