Dərc edilib: 27-03-2020

https://www.nuh.az/23489-.html

Koronavirus ağciyərləri bu hala salır - Video

27.03.2020 18:59:32

ABŞ-ın Corc Vaşinqton Universiteti Xəstəxanasının həkimləri 360 dərəcə virtual reallıq texnologiyasından istifadə edərək, koronavirus (Covid-19) xəstəsinin ağciyərlərini görüntüləyiblər.

 


3D formatında çəkilən videolentdə koronavirusun ağciyərlərə yayılması və onun orqanda səbəb olduğu dəyişikliklər öz əksini tapıb. 3D ağciyər simulyasiyasında sağlam ağciyər toxumaları şəffaf mavi rənglə, iltihablı toxumalar isə yaşıl rəngdə görünür. Videonun ərsəyə gəlməsində əməyi olan həkim Mortman insanları diqqətli və ehtiyyatlı olmağa səsləyib.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib