Dərc edilib: 06-04-2020

https://www.nuh.az/23648-.html

Tovuzda kişini qətlə yetirib su kanalına atdılar

06.04.2020 10:02:14

LIVE

 

Tovuz rayonunda arxa atılmış kişi meyiti tapılıb.


 "Report"un   məlumatına görə, su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur. 

Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib.

Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 


  

NUH informasiya agentliyi səhifəsindən çap edilib