Dərc edilib: 07-04-2020

https://www.nuh.az/23668-.html

şagirdinə təcavüz edən direktorla baqli

07.04.2020 12:56:06

LIVE
Ötən gün Qaynarinfo.az saytında dərc olunan "Lerikdə  qalmaqal: 59 yaşlı müəllim şagirdinə təcavüz etməkdə suçlanır" başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, rayonun Kirəvud kənd sakini, 2003-cü il təvəlüdlü, 11-ci sinif şagirdi 1961-ci il təvəlüdlü Kirəvud orta məktəbinin rus dili müəllimindən 5 aylıq hamilədir. Qız hələ 7-ci sinifdə oxuyanda müəllim ona göz qoyub və o, sinifdə şagirdlərin gözü qarşısında dəfələrlə seksual hərəkətlərə məruz qalıb. Sinifdə baş verən xoşagəlməz hadisələr haqda şagirdlərin bəziləri evdə valideynlərinə məlumat verib. Bundan əlavə isə məsələ ilə məktəb rəhbərliyinin məlumatlandırımasına baxmayaraq, o, müxtəlif bəhanələrlə bu hadisəni ört-basdır edib. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Kirəvud orta məktəbinin direktoru Huseynov Şəfail Qiyas oğlu bildirib ki, baş vermiş xoşagəlməz hadisənin məktəblə heç bir əlaqəsi yoxdur:

"Qaynarinfo.az saytında yazılan xəbərə görə baş vermiş hadisənin məktəb dövründə olduğu bildirilir. Bu tamamilə əsassız məlumatdır. Belə bir hadisə məktəb dövründə baş verməyib. Şagirdlərin və hər hansı bir müəllimin bu barədə heç bir məlumatı yoxdur. Eyni zamanda məktəb rəhbərliyinə həmin dövrdə belə bir olayın baş verməsini heç kim bildirməyib və belə bir hadisə məktəb dövründə baş verməyib. Bu cür əsassız məlumatları şaiyə kimi yayanlar özləri məsuliyyətə cəlb olunmalıdırlar. Həmin adı hallanan qız, 2 ildir ki, 9 illik təhsilini bitirib, məktəblə heç bir əlaqəsi yoxdur və valideyn himayəsində yaşayır. Hadisənin hansı zəmində baş verməsini istintaq orqanları araşdırır. Bir daha qeyd edirəm ki, baş vermiş hadisənin Kirəvud kənd ümumi orta məktəbinə heç bir aidiyyəti yoxdur".

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib