Dərc edilib: 08-04-2020

https://www.nuh.az/23684-.html

Goranboyda koronavirusla bağlı dezinfeksiya tədbirləri yüksək səviyyədədir

08.04.2020 18:29:29

Region

 

Məhərrəm Quliyevin  Goranboya  icra başçısı  təyin olunmasından düz   1  il  keçir.


Məlumat üçün  qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Məhərrəm  Quliyev  Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Çox təəssüf ki, əvvəlki  icra başçısından Məhərrəm Quliyevə elə bir  rüsvayçı miras qalmışdı ki...onu aradan qaldırmağa illər lazım idi.

İcra başçısının özünü təqsdiq etməsi üçün  1 il az müddətdir.

 

Ancaq  yeni icra başçısı Məhərrəm  Quliyev az vaxtda  rayon sakinlərini hörmətini qazandı, rayon üçün mühüm işlər görə bildi.


Məhərrəm Quliyev rayona gəldiyi ilk gündən rayon camaatını şəxsən özü qəbul etdi. Bu rayonda əməlli-başlı dövlətə, dövlətçiliyə inam yaratdı. İcra başçısı sonra rayonun bərbad yollarının yenilənməsi ilə ciddi işlər gördü. Məhərrəm Quliyev rayonun bütün kəndlərinə gedir, hər məktəbə baş çəkir, problemlərlə yerində tanış olurdu.  Əlbəttə, Məhərrəm Quliyevin sehrli çubuğu yox idi ki, hər kəsin problemini yerində və bir anda həll etsin. Amma cənab icra başçısı ən azı vətəndaşların problemlərinə laqeyd qalmırdı, onları dinləyirdi və həll olunması üçün mümkün olan hər şeyi həll edirdi.

...Bu gün ölkəmiz yenə çox ciddi bir problemlə üz-üzə qalıb. Bu təkcə bizim deyil, dünyanın problemidir. Söhbət koronovirus problemindən gedir. Bəzi məmurlar bu məsələyə barmaqarası yanaşır və fəlakətin miqyasını anlamırlar.


Ancaq Goranboyda bu məsələ tam diqqət mərkəzindədir.

Rayonda koronavirusla mübarizədə maarifləndirmə və dezinfeksiya işləri aparılır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət  qruplar yaradılıb.

Goranboyda  koronavirusla mübarizə üçün icra hakimiyyətinin yaratdığı qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq rayonda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün sakinlər arasında davamlı maarifləndirmə işləri aparırlar.

 

Yaradılan  qruplar  rayonun bütün kəndlərində sakinlərə özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edirlər.

Rayonda, eyni zamanda genişmiqyaslı dezinfeksiya işləri davam edir.

Goranboyda eynizamanda  imkansız ailələrə, yaşlı insanlara  qayğı  həyata keçirilir.

Bir sözlə, Goranboy camaatı bu bəla ilə mübarizədə səfərbər olunub.


 

 

 

 

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib