Dərc edilib: 11-04-2020

https://www.nuh.az/23733-.html

Sabiq icra başçısından Beyləqandakı şəhid ailələrinə və veteranlara yardım – Fotolar

11.04.2020 21:21:24

Hadisə

Vaqif Abdullayev aztəminatlı ailələrə yardım göndərdi
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində aztəminatlı ailələrə yardım çağrışlarına Beyləqan rayonunun sabiq icra başçısı Vaqif Abdullayev də qoşulub. 
AzFakt.com-a daxil olan məlumata görə, sabiq icra başçısı tərəfindən dünən Beyləqan rayonunda yaşayan 218 şəhid ailəsinə, həmçinin 145 müharibə veteranı və əlillərinə yardım payı göndərilib. 
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Beyləqan rayon Təşkilatının vasitəçiliyi ilə paylanılan yardım ümumilikdə 363 ailəyə çatdırılıb.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib