Dərc edilib: 12-04-2020

https://www.nuh.az/23742-.html

Prezidentin qatil 24 ildən sonra edam edildi

12.04.2020 10:31:01

Maraqlı

Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qatillərindən biri Əbdül Məcid edam edilib.


"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, M.Rəhmanı öldürülməsi ilə nəticələnmiş hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə 24 illik axtarışdan sonra qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.

Qeyd edək ki, Prezident Mucibur Rəhman 15 avqust 1975-ci ildə Dakkadakı iqamətgahında həyat yoldaşı, üç oğlu, digər qohumları və ailənin yaxınları ilə (təxminən 20 nəfər) birlikdə öldürülüb. M.Rəhmanın hadisə zamanı Almaniyada olan iki qızı sağ qalib. Onlardan biri, Şeyx Hasina, daha sonra Banqladeşin baş naziri vəzifəsini icra edib.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib