Dərc edilib: 12-04-2020

https://www.nuh.az/23750-.html

Şabranda ana və oğlunun qətlinin təfərrüatı - VIDEO

12.04.2020 21:55:10

Hadisə

Xəbər verdiyimiz kimi, dünən 34 yaşlı Şabran sakini Nahid İslamov qonşuluğunda yaşayan 37 yaşlı Məhəbbət Məmmədovu və onun 57 yaşlı anası İstək Mahmudovanı güllələyərək qətlə yetirib.


 “Xəzər Xəbər”in   məlumatına görə, cinayətin təfərruatları bəlli olub. Belə ki, Zeyvə kəndində baş verən hadisə qısqanclıq zəminində törədilib. 11 il əvvəl həyat yoldaşını öldürdüyü üçün həbs edilən Nahid onun, qonşusu Məhəbbət Məmmədovla münasibətinin olmasından şübhələnib. Qətlin də bu səbəbdən törədildiyi bildirilir.

Qeyd edək ki, Nahid İslamov qətli törətdikdən sonra qaçaraq gizlənib. O, gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib