Dərc edilib: 20-04-2020

https://www.nuh.az/23883-.html

Universitet rektoru vətəndaşın torpağını zəbt edib

20.04.2020 17:14:16

Kriminal

 

Azərbaycan Dövlət İqdisadiyyat Universitenin rektoru

                                                                                    Cənab Muradov Ədalətə. 

                                      Açıq məktub!


Bildiyiniz kimi universitetin yeni tədris korpusu Bakı şəhəri, Yasamal rayonu M. Muxtarov küçəsi 194 ünvanında tikilir. Bir vətəndaş olaraq, Sizə aşağıdakı  məlumatları çatdırmaq istəyirəm:


1.Mənim torpaq ərazimdən universitetin kanalizasiya  və su komunikasiya xətləri keçirilib və məhz bu səbəblərdən gələcəkdə öz tikintimin bünövrəsini qoya bilməyəcəyəm- bu barədə ekspertizanın rəyi, qərarı və  foto şəkillər vardır.


2.Mənim torpaq ərazimdən qaz sistemi çəkilib- bu faktı fotoşəkil təstiqləyir.


3.Sizin göstərişiniz ilə Universitet (nümayəndə Nəsibov Kamandar)  öz  qarşılıqlı iddia ərizəsi ilə məhkəmədən xahiş edir ki, mənim torpaq ərazimin bir hissəsini onların istifadəsinə verilsin (məhz mənim torpaq ərazimin bir hissəsini).


4. 2020-ci il yanvar ayının sonunda mənim sizin ilə, baş verən görüşümüzün nəticəsində, siz öz məhkəməyə verdiyiniz iddianı geri götürməyə, eskiz layihəni dəyişdirməyə və s., söz vermişdiniz. İndiyə qədər heç  bir dəyişiklik yoxdur.


5.Proyektin (eskiz layihəsinin) mənim ərazimə düşən hissəsinə heç bir hüquqi qüvvəsi yoxdur. Bunu sizə ən savadsız hüquqşünas belə təstiq edə bilər.


6.Sizin tərəfinizdən mənim ərazimin bir hissəsi betonlaşdırılıqdan sonra orada iki yol çəkilib: piyada və nəqliyyat vasitələri üçün (ekspertiza qərarı və  fotoşəkillərlə təstiqlənə bilər). Ən qəribəsi odur ki, gələcəkdə siz, proyektə əsaslanaraq bu yolu saxlamaq niyyətindəsiniz. Təkrarən sizi məlumatlandırmaq istəyirəm ki, layihənin mənim ərazimə düşən hissəsinin heç bir hüquqi qüvvəsi yoxdur.

 

7.Mənə məxsus olan torpaq sahəsində sizin həyata keçirdiyiniz  işlər, hansı biri mənim tərəfimdən təstiqlənib?

Biz Azərbaycan Respublikasında yaşayırıq. Bizim ölkədə halal və haram anlayışları mövcuddur. Siz, sizə məxsus olmayan torpaq sahəsini mənimsəməyə çalışırsınız.


8.Məhkəməyə müraciət etmədən öncə universitet nümayəndələri ilə görüşmək cəhdləri, onlar tərəfindən təkrar-təkrar rədd edilmişdir. Hətta şəxsən sizə yazılı formada olan müraciətimin qəbzi var.


Çıxış yolum olmadığından 2019-cu il avqust ayında Yasamal Rayon Məhkəməsinə müraciət etdim. Hal-hazırda hakim Mehdiyev Emin tərəfindən işə baxılır.


Habelə; məhkəmənin bütün üzüntü və çətinliklərini bilərəkdən sizcə, hansı Azərbaycan Respublikasının vətandaşı könüllü olaraq, məhkəməyə müraciət edər? 

Siz artıq 2 ildir ki, icazəm olmadan, mənim şəxsi mülkümü istifadə edərək, Azərbaycan Respublikasının qanununu tapdalayırsınız. Hansı mübahisəli torpaq ərazisindən söhbət gedə bilər?  Bizim torpaq sahələrimizin arasında olan daş hasar sizin tərəfinizdən sökülüb (sənədlə təstiqlənə bilər). Bizim hətta ünvanlarımız belə fərqlidir:

Bakı şəhəri M.Muxarov 194 sizə aid olan sahədir, mənə aid olan sahə isə M.Muxtarov 190-dır. Mənim ərazimin mübahisəli olduğunu təstiq edən hər hansı bir sənədi təqdim etməyinizi tələb edirəm. Universitet məhkəmədən mənim ərazimin bir hissəsini onlara verməyimi xahiş edir (gələcəkdə orada yol çəkmək istəyirsiniz) və bununla da bu ərazinin məhz sizə aid olmadığını təstiq etmiş olursunuz. Siz, Ali Təhsil müəssisəsi olaraq 1 hektardan çox, şəhərin 3 müxtəlif küçəsinə yönələn ərazisinə sahibsiniz. Mənim 2.4 sot ərazimdən nə istəyirsiniz?

Mənki sizdən heç nə istəmirəm, mən sadəcə sizdən sizə aid olmayan öz şəxsi ərazimdən gözünüzü çəkməyinizi tələb edirəm. Darvazaları bağlayın! Boruları, qaz sistemini yığışdırın! Məndən və mənim torpaq sahəmdən əl çəkin! Siz məhkəməyə, ekspertizaya və digər dövlət orqanlarına Prezidentin adından istifadə edərək təzyiq göstərirsiniz. Möhtərəm Prezident, heç bir zaman hər hansı bir ərazinin qanunsuz, icazəsiz zəbtinə və sonra həmin ərazidə yeni tədris korpusunun açılışına, onu dəvət olunması barədə heç kəsə belə səlahiyyət verməyib. Prezidentimiz çox gözəl qeyd edib: “Nə Allahdan qorxurlar, nə də insanlardan”! Mən anlayıram ki,  siz və mən fərqli statuslara malik olan insanlarıq. Sizi inandırıram ki, əgər burada ədalət, haqq tapmasam (sizin məhkəməyə, ekspertizaya və digər dövlət orqanlarına göstərdiyiniz təzyiqi nəzərə alaraq), cənab Muradov,  biz bu işi  Avropa İnsan Hüquqları Məhkəməsinə çatdıracağıq. A.İ.H.M.-i bu işə yekdilliklə baxacaq.  Və bu iş sizin rektor vəzifəsini tutduğunuz dövrdə başlayıb (sizdən sonra siz, universitetə və Azərbaycan hakimiyyətinə hansı problemi yaradırsınız?). Bir Azərbaycan vətəndaşı olaraq mən və mənim vəkillərim Konsutitsiyamıza əsaslanaraq  hər zaman sözümüzün üzərində duracağıq. Universitetin elmi inkşafında iştirak etdiyi zamanda, kiminsə şəxsi mülkünü qanunsuz zəbt etmək; yol verilməzdir!


Mir Valeh Mövsümov Seyid Rza oğlu

Əlaqə tel: +994 50-549-50-40

NUH informasiya agentliyi səhifəsindən çap edilib