Dərc edilib: 24-04-2020

https://www.nuh.az/23945-.html

Vəsf zamanı deyil, cənab Elçin Babayev-BDU rektoru təhsil naziri olmaq istəyir

24.04.2020 18:14:06

Mədəniyyət

Cənab Rektor !

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Bakı Dövlət Universitetinə rektor təyin olunmağınızın 1 ili tamam oldu.

 

Bir il hər halda az müddət deyil. Ancaq məqsədiniz olsaydı 1 ildə çox işlər görə bilərdiniz. Amma siz nə etdiniz ?

 
Rektor təyin olunandan sonra çox ucuz, bayağı yollara əl atdınız. Ad günündə "tələbə qızın alnından öpmək..şokolad bağışlamaq", öz ad gününüzü üfunət iyi verən yataqxanada tələbələrlə qeyd etmək, Novruz bayramında tələbə oğlanla yumurta döyüşdürmək kimi ucuz, bayağı, primitiv yollarla özünü  cəmiyyəyə islahatçı rektor kimi təqdim etmək istədin. Hətta bu bayağı səhnələri sosial şəbəkələrdə düzəltdiyin troll dəstələri bəh-bəhlə cəmiyyətə sırımaq istədilər.

 

 Bu məqamda məşhur "Nəsimi" filmindəki dialoq yada düşür:
-Vəsf et məni, şair.

 
-Vəsf zamanı deyil, Afət...

 
Cənab Elçin Babayev, siz bilmirsiniz ki, artıq adamları belə səhnələrlə aldatmaq mümkün deyil, belə saxta tərənnüm, məddahlıq səhnələri artıq işləmir.

 

Vəsf zamanı, deyil Cənab Rektor.

 

İndi işləmək, millət və xalq yolunda külüng çalmaq zamanıdır.

 

Sən isə rektor təyin olunan kimi BDU-nun həyətində 2 dönərxana açdırdın. Bu barədə bütün ölkə mediası yazdı.

 
Sonra bismillah edən kimi Bulvar İdarəsinin müdirini BDU-nun Tarix Muzeyinə direktor təyin etdin. Vallah, adam sənin yerinə utanır, Elçin müəllim. Bulvar hara,Tarix Muzeyi hara?

 
Sonra 2-ci həyat yoldaşının bacısını özünə köməkçi və üstəlik Ümumi şöbəyə müdir təyin etdin.

 
Sonra 1-ci həyat yoldaşının qardaşını müşavir təyin etdin. Sonra yeznəni, sonra...keçmiş polis işçisi qohumunu informasiya üzrə müşavir. Adama deyərlər polis hara informasiya üzrə müşavir hara ?

 

Bir sözlə, az vaxtda BDU-nu qohum-əqrəbanla doldurdun. Rektorun neçə müşaviri olar, ey Cənab rektor?
Hamısı da öz tayfan-törəmən.

 
Ən maraqlısı odur ki, bu xəbərləri nə təkzib, nə də təsdiq edirsən, Cənab rektor.
Cənab Elçin Babayev, bu sənin atanın, babanın mülkiyyəti deyil ee. Belə qohumbazlıq, tayfabazlıq, müasir dillə desək, traybalizm olmaz.

 
Bəs universiteti idarə edən xanıma, adaşın Elçinə nə ad verək ?

Elçin Məmmədovun qısa müddətdə bu qədər varlanmasına nə deyək?

 

Adaşın Elçinin dostu  Ləman xanımın sürücüsü BDU-da nələr törədir ?

BDU-nun tarixində heç bir rektor, hətta Abel Məhərrəmov 1 ildə belə biabırçılıqlar etməyib. Sən sözün əsl mənasında "qəhrəman"san.

 
Cənab rektor, BDU-da şöbələri birləşdirmək, departamentləri parçalamaq nə vaxtdan islahat olub ?

 
Özün xeyli müddət Şamaxı Rəsədxanasında elmi işlər üzrə direktor müavini olmusan. Hansı bir elmi işdən danışa bilərsən ?

 

İndi isə o qədər özündən razılıq yaranıb ki, səndə....hətta yaxın dostlara deyirsən ki, Ceyhun müəllim yaxın zamanlarda postuna əlvida deyəcək  və guya  sən təhsil naziri olacaqsan. Vallah sizin təhsil naziri olmağınız ölkəmizdə olub-qalan təhsilin də yox olması deməkdir.
P.S    Elçin Məmmədovun BDU-da etdiyi qanunsuzluqlardan və Rektor olmaq iddiasından növbəti yazılarımızda geniş bəhs edəcəyik


Xeberbaku.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib